Haqqımızda

about icon

Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb.  Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distribyutor şirkətlərindən biridir.

Avrora Qrup öz fəaliyyətini hal-hazırda 3 istiqamətdə - Distribyutor, İstehsal və Pərakəndə - davam etdirir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan Avrora Grup-un portfoliosuna Danone, Ehrman, Rolton, Hochland, Chivas, Glenfiddich kimi aparıcı şirkətlər daxildir. Avrora distribyutor fəaliyyətini daha peşəkar və kəsintisiz həyata keçirmək üçün mərkəzi ofis Bakı olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və  Saatlıda da lokal ofisləri fəaliyyət göstərir. Şirkətin ümumi sahəsi 20437 kv/m olan loqistika mərkəzləri vardır. Avrora Distribyuter hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.

Avrora Qrup eyni zamanda Azərbaycanın aparıcı istehsal şirkətlərindən biridir. Avrora Qrup-un Makaron fabriki, Qənnadı fabriki, Qazlı içkilər fabriki və Un və yem istehsalı fabriki vardır. 

Avrora Qrup 2010-cu ildən etibarən pərakəndə sektorunda da fəaliyyətə balşamışdır. İlk pərakəndə ticarət mərkəzi Bolmart adı ilə müştərilərə xidmətə başlamışdır. Bolmart supermarketlər şəbəkəsi hal-hazırda 16 filialla müştərilərin xidmətindədir. Eyni zamanda Avrora Qrupun Grandmart adı ilə 31 supermarketi fəaliyyət göstərir.