Tərəfdaşlar

Təmsil etdiyimiz beynəlxalq şirkətlər və brendlər.

Tərəfdaşlar

Moët Hennessy

Moët Hennessy, dünyanın tanınmış lüks spirtli içki brendlərini birləşdirən beynəlxalq şirkətdir. LVMH qrupunun tərkibində fəaliyyət göstərən şirkət şampan, şərab, konyak və digər yüksək kateqoriyalı spirtli içkilərin istehsalı və inkişafı ilə məşğuldur.

Moët Hennessy ənənəvi istehsal üsullarını müasir yanaşmalarla birləşdirərək məhsullarının keyfiyyətinə, mənşəyinə və fərdi xarakterinə xüsusi önəm verir. Şirkətin portfelində müxtəlif ölkələrin zəngin içkiçilik ənənələrini təmsil edən brendlər yer alır.

Mənşə ölkəsi: Fransa

Tərəfdaşlar

Hochland

Hochland, 1927-ci ildə Almaniyada Georg Zummer və Robert Reich tərəfindən əsası qoyulmuş pendir brendidir. Avropanın qabaqcıl pendir istehsalçılarından biri olan şirkət pendir istehsalı sahəsində uzunmüddətli təcrübəyə malikdir.

Hazırda Hochland dünyanın 7 ölkəsində yerləşən 12 istehsal müəssisəsində fəaliyyət göstərir və 4 400-dən çox əməkdaşı birləşdirir.

Tərəfdaşlar

ATENA MMC

ATENA MMC, 11 may 2011-ci ildə fəaliyyətə başlayıb. Müasir süd texnologiyaları və istehsal üsulları ilə seçilən müəssisə təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə də tanınan süd toplama ferması və istehsal müəssisəsidir.

ATENA bütün süd məhsullarının qida dəyərini qorumaq məqsədilə sahib olduğu texnologiyalar vasitəsilə istehsal prosesinin hər mərhələsinə nəzarət edir.

Tərəfdaşlar

Наш Молочник

Ukrproduct Group 20 ildən artıqdır ki, Ukraynada və xarici bazarlarda uğurla satılan yüksək keyfiyyətli markalı süd məhsulları və kvasların aparıcı istehsalçısıdır.

Şirkət emal olunmuş pendir istehsalına görə TOP-3 istehsalçı, kərə yağı və spred istehsalına görə TOP-5 şirkət, eləcə də kvas istehsalı üzrə ilk beşlikdə yer alır.

Ukrproduct Group 4 fabrikdən ibarətdir və bütün müəssisələrində ümumilikdə 850-dən çox əməkdaş çalışır. Şirkətin istehsal gücü ildə 70 min tona qədər süd məhsulu istehsal etməyə imkan verir.

İstehsalda yüksək məhsul keyfiyyətini təmin etmək məqsədilə ISO 9001, ISO 22000 və ISO/TS 22002 standartlarına uyğun keyfiyyət idarəetmə sistemləri tətbiq edilir.

Tərəfdaşlar

Kalleh

 

Solico Group hazırda İranın ən böyük süd məhsulları istehsalçılarından və ixracatçılarından biridir. Şirkət süd, pendir, dondurma, şokolad, hazır yeməklər, dondurulmuş məhsullar, qazlı və şirin içkilər, kolbasa və sosiska daxil olmaqla geniş çeşiddə qida məhsulları istehsal edir. Solico Group məhsullarını Birləşmiş Ərəb Əmirlikləri, İraq, Əfqanıstan və MDB ölkələrinə ixrac edir.

İllik satış dövriyyəsi 1 milyard ABŞ dollarını aşan şirkətin Kalleh brendi beynəlxalq qida bazarında tanınır və dünyanın aparıcı qida brendləri arasında ilk 50-likdə yer aldığı bildirilir.

Tərəfdaşlar

Romaşka

 

Food Union bazarı dərindən anlamağa, davamlı innovasiyalara və güclü brendlərin inkişafına əsaslanan beynəlxalq qida şirkətləri qrupudur. Şirkət Baltikyanı ölkələrdə, Danimarkada, Norveçdə və Rumıniyada dondurma bazarında aparıcı mövqelərə malikdir, Çin süd məhsulları bazarında isə fəaliyyət göstərir.

Food Union 9 ölkədə istehsal müəssisələrini birləşdirir, 3 100-dən çox əməkdaşı ilə fəaliyyət göstərir və 1 500-dən çox məhsul çeşidi təqdim edir. Şirkətin gəliri 280 milyon avro təşkil edir.

Romaşka xaması Latviyada yerləşən Rīgas Piena Kombināts zavodunda istehsal olunur. Brend son 10 il ərzində xama kateqoriyasında bütün satış kanalları üzrə ön sıralarda yer alır. Bu mövqe məhsulun keyfiyyəti və istehlakçıların etimadı ilə əlaqələndirilir.

Tərəfdaşlar

Carlsberg

 

Carlsberg 1847-ci ildə Danimarkanın Kopenhagen şəhərində J.C. Jacobsen tərəfindən əsası qoyulmuş, dünyanın tanınmış pivə brendlərindən biridir. Keyfiyyətə və innovasiyaya əsaslanan istehsal ənənələri ilə seçilən brend bu gün beynəlxalq bazarlarda geniş tanınır.

Carlsberg pivəsi özünəməxsus dadı və balanslı xarakteri ilə seçilir. Brendin istehsalında ənənəvi pivəbişirmə təcrübəsi müasir texnologiyalarla birləşdirilir.

Mənşə ölkəsi: Danimarka.

Tərəfdaşlar

Brown-Forman

Brown-Forman şirkətinə Jack Daniel's, Canadian Mist viskiləri, Finlandiya arağı, Southern Comfort liköru və bir neçə italyan, fransız və kaliforniya şərabları məxsusdur. Onlara məxsus olan və bir çoxlarımızın sevdiyi markalar aşağıda qeyd olunub.

Tərəfdaşlar

Rémy Cointreau

Rémy Cointreau - spirtli içki istehsal edən fransız şirkətidir. Əsas ofisləri Parisdə yerləşir. 1991-ci ildə, Rémy Martin (1724-ci ildə yaradılıb) və Cointreau (1849-ci ildə yaradılıb) şirkətlərinin birləşməsi ilə yaradılıb.

Tərəfdaşlar

Gruppo Campari

Gruppo Campari – şərab, spirtli və spirtsiz içkilər istehsal edən italyan şirkətidir. Gruppo Campari İtaliya və Braziliya bazarında içkilər üzrə liderdir.

Tərəfdaşlar

William Grant & Sons

William Grant & Sons Ltd. - şotland viskisi və digər spirtli içkilər istehsal edən Şotlandiyaya məxsus olan ailəvi şirkətdir. Kiçik Ailə biznesi sektorunun ənənələrini qoruyan şirkətlər arasında ən böyük şirkətdir.

Tərəfdaşlar

Pernod Ricard

Pernod Ricard – spirtli içkilərin istehsalı və distribyutoru olan, fransız şirkətidir. Pernod Ricard şirkətinin yaranması 1932-ci ildə, Marseille şəhərində Pol Rikar-ın anasonlu içki icad etməsi ilə başlayıb. Pernod Ricard dünyanın ikinci ən böyük spirtli içkilər istehsal edən şirkətidir.

Tərəfdaşlar

DANONE

Groupe Danone şirkəti 5 qitədə təmsil olunur və sağlam qida istehsalının dörd sahəsində (süd məhsulları, uşaq qidası, su, klinik qidalanma) aparıcı şirkət kimi tanınır.

Tərəfdaşlar

Ehrmann AG

"Ehrmann" şirkəti yoqurt və yoqurt məhsulları, xama, kəsmik, pudinq, desertlər, süd və qatıq kimi məhsullar istehsal edir.

Tərəfdaşlar

Jagermeister

Jagermeister Bitter kateqoriyasına aiddir. Likör 56 komponentin — bitkilərin qarışdırılması ilə əldə edilir və palıd barellərdə 12 ay saxlanılır. Jagermeister Alman brendidir və bütün dünyada sevilən içkilər siyahısındadır

Tərəfdaşlar

Diageo

180-dən çox ölkədə, 200 adda brendlə araq,viski, konyak və s. məhsulların satışı ilə məşğuldur. Avropada ən çox satılan içki markalarını özündə birləşdirən Diageo-nun ölkəmizdə rəsmi təmsilçisi Avrora Qrupdur

Tərəfdaşlar

Arla

Arla Danimarka yerləşən süd və süd məhsulları istehsal edən şirkətdir. Azərbaycanda rəsmi təmsilçisi Avrora Qrupdur