“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin püşkatma mərasimi keçirilib
Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, AFFA-nın dəstəyi, “Tamstore” Marketlər Şəbəkəsinin baş sponsorluğu, “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin ikinci mövsümünün rəsmi açılış və püşkatma mərasimi keçirilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev turnirin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasov çıxış edərək turnirin ictimai və sosial əhəmiyyətindən danışıb. O, bu təşəbbüsün Qarabağın bərpasına töhfə verəcəyini xüsusi qeyd etməklə yanaşı, yarışın yüksək təşkilatçılıq səviyyəsində keçiriləcəyinə əminliyini ifadə edib.
Çıxışlardan sonra “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsində turnirdə çıxış edən 40 komanda hər birində 10 kollektiv olmaqla 4 qrupa bölünüb.
Qeyd edək ki, tədbirdə Ceyhun Abbasova xüsusi plaket və Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabı təqdim olunub.
Məlumat üçün bildirək ki, “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin baş sponsoru “Tamstore” marketlər şəbəkəsidir.
Turnirin keçirilməsindən əldə olunan vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.
Bənzər xəbərlər
Hamısına bax
2022-01-26