Karyera

Vakansiyalar

Ticari Marketinq üzrə Menecer

  • Tarix:

    23-06-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:         

  • Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlanması və reallaşdırılması;
  • Portfelində mövcud olan məhsullar üzrə aylıq satış planlarını təqib edir, proseslərə uyğun qərarlar alıb, icrasının təmin edilməsi;
  • Əməkdaşların mütəmadi olaraq ticarət nöqtələrini ziyarət edərək məhsulların/brendlərin təyin edilmiş şirkət standartları və müqavilə şərtləri, planoqramlar əsasında düzülüşünün yoxlanılması ilə bağlı hesabatların təhlil edilməsi;
  • Dövri olaraq qiymət indeksinin analiz nəticələrinə uyğun tədbirlərin görülməsi;
  • Məhsul çeşidi əsasında və ötən ayın satış və geri qaytarma, anbar qalığı, büdcə sərfiyyatı nəticələrinin təhlil edilməsi;
  • Məhsul portfelinə uyğun qiymət strategiyalarının təhlil edilməsi və müvafiq hesabatlara uyğun planın hazırlanması;
  • Reklam materiallarının sifariş olunması və ərazidə düzgün yerləşdirilməsinə nəzarət edilməsi;
  • Portfelinə daxil olan məhsulların ticarət nöqtələrində tətbiq edilən şirkət standartlarında (checklist) hər hansı dəyişiklik nəzərdə tutulduqda satış komandasını müvafiq məlumatlarla tanış olunmasının təmin edilməsi;
  • Fəaliyyəti haqda mütəmadi olaraq üst rəhbərə hesabatların verilməsi.

Tələb olunan bilik və bacarıqlar :

  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Güclü analitik düşüncəyə malik olması;
  • MS Office (xüsusilə Excel və PowerPoint) proqramları yaxşı səviyyədə bilməsi;
  • Kollektivdə işləmə bacarığı;
  • Yaxşı ünsiyyət və təşkilati bacarıqlar.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznes istiqamətində);
  • Ticari Marketinq sahəsində min 2 illik təcrübə ( FMCG təcrübəsi üstünlükdür);
  • İngilis və Rus dili bilikləri üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Dinamik və yaradıcı komanda;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları;
  • Nahar şirkət tərəfindən təmin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Ticari Marketinq üzrə Menecer” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Məhsul Meneceri

  • Tarix:

    15-07-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
  • Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması;
  • Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
  • Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
  • Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
  • Cari və növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik planlarını təhlil edilməsi;
  • Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
  • Brend üzrə qiymət siyasətini mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
  • Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.

Tələb olunan bilik və bacarıqlar :

  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Güclü analitik düşüncəyə malik olması;
  • Təqdimat proqramlarında işləmək bacarığı (PPT hazırlanması və s.);
  • MS Excel proqramı üzrə biliklər;
  • Kollektivdə işləmə bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (Marketinq ixtisası üzrə bakalavr dərəcəsi);
  • Məhsul Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul Meneceri (Biskvit Kateqoriyası üzrə)” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Proqram Təminatı üzrə mütəxəssis

  • Tarix:

    05-08-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin və proseslərin optimallaşdırılmasının icra edilməsi;
  • Proqram təminatlarının işləməsinə nəzarət edilməsi və bağlantının fasiləsizliyinin təmin edilməsi;
  • Rəhbərin tapşırıqlarına əsasən proqram təminatı və proqram modullarının tərtibatının həyata keçirilməsi;
  • Biznes tələblərinin təhlil edilməsi və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
  • Proqramlaşdırma yazı qaydaları və forması təlimatında ehtiyac olan dəyişiklik təklifinin verilməsi və rəhbərinin təsdiqi ilə dəyişikliyin həyata keçirilməsi;
  • Hesabatların hazırlanması və təhlil edilməsi;
  • Proqramların kodlaşması, analiz edilməsi və qeydiyyatının aparılması işlərinin icra edilməsi;
  • Mövcud proqramlara dəstək verilməsi, ehtiyac yaranarsa, düzəlişlər edilməsi;
  • Proqram dəyişikliklərinin ilkin testlərinin edilməsi;
  • Proqramların texniki sənədlərinin hazır edilməsi və versiya dəyişikliklərinə uyğun olaraq sənədlərdə lazımi dəyişikliklərin edilməsi;
  • Proqramların optimal və performanslı işləməsinin təmin edilməsi;
  • Gün ərzində yönələn sorğuların icra edilməsi.

Tələb olunan bilik və bacarıqlar :

  • Güclü alqoritmik və məntiqi düşünmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı və açıq ünsiyyət;
  • Məsuliyyətli və təşəbbüskar yanaşma;
  • Özünü inkişaf etdirmək istəyi və yeni texnologiyalara maraq;
  • Kompleks sistemlərin inkişafı ilə bağlı müxtəlif layihələrdə iştirak;
  • RESTful API dizayn və implementasiyası üzrə praktiki təcrübə;
  • Asinxron sistemlər və mesajlaşma mexanizmləri ilə iş təcrübəsi – RabbitMQ;
  • MS SQL verilənlər bazası ilə iş bacarığı;
  • MyBatis ilə işləmə təcrübəsi;
  • Versiya nəzarət sistemləri ilə işləmə bacarığı;
  • Docker, Linux və digər müvafiq alətlər üzrə başlanğıc səviyyədə anlayış;
  • Kodun oxunaqlılığı, təmiz arxitektura və performans baxımından optimallaşdırma vərdişləri;
  • Microservices arxitekturası ilə təcrübə üstünlükdür;
  • Unit və integration test yazmaq təcrübəsi (JUnit, Mockito və s.) üstünlükdür;
  • Sistem dizaynı və arxitektura üzrə biliklər üstünlükdür;
  • Satış prosesləri ilə bağlı layihələrdə və ya komandada iş təcrübəsi üstünlükdür;
  • SAP ERP sisteminə dair ümumi anlayışı olan və SAP ilə inteqrasiya proseslərində iştirak etmiş namizədlər üstünlükdür.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təcrübə: 5 ildən artıq (Java və Spring Boot texnologiyaları üzrə);
  • Təhsil: Ali (Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları ixtisası üzrə).

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram Təminatı üzrə mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ümumi işlər üzrə mütəxəssis

  • Tarix:

    27-08-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Müqavilə nümunələrinin hazırlanması;
  • Müqaviləyə əlavələrin hazırlanması və prosedur üzrə MSF-ə müraciət edilməsi;
  • Marketinq razılaşmaları, qiymət razılaşma protokolu və s. kimi əlavələrin hazırlanması;
  • Ödənişin qəbul olunması, bankda təsdiqlənməsi və düzgün cari hesaba yerləşdirilməsinə nəzarət edilməsi;
  • Ay ərzində göndərilən YGB-in statuslarının izlənilməsi və mütəmadi yenilənməsi;
  • Açıqda qalan YGB-lərin bağlanması üçün banka müraciət olunması və sənədlərin təqdim edilməsi;
  • Xərclərin ödənilməsi üçün sənədlərin toplanması və sistem üzərindən müraciət olunması;
  • Xərclərlə bağlı sənədlərin (o cümlədən marketinq və ezamiyyət xərcləri) toplanması, sistemə daxil edilməsi və maliyyə şöbəsinə təqdim olunması;
  • Təhtəl hesabı üzrə hesabatlığın maliyyəyə təqdim olunması;
  • Məhsul nümunələrinin anbardan sifarişi, ofisə çatdırılması və kuryer şirkətləri vasitəsilə göndərilməsinin təşkili;
  • Sərgilərə hazırlıq işlərinin aparılması: qeydiyyat, sərgi sahəsinin rezervasiyası, stendin qurulması və məhsulların çatdırılması.

Tələb olunan bilik və bacarıqlar :

  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Güclü analitik düşüncəyə malik olması;
  • Tez düşünə bilən və aktiv olması;
  • Microsoft Office proqramlarını bilmək mütləqdir;
  • Kollektivdə işləmə bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil;
  • Sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri (rus, ingilis) arzuolunandır.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Ümumi işlər üzrə mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CV Göndər

Şəxsi məlumatlar

Fayl seçilməyib

CV və ya digər sənədinizi əlavə edin
Mümkün fayl növləri: .doc.txt.pdf

Təhsil
Ali təhsil
KURSLAR
KOMPÜTER BİLİKLƏRİ
DİL BİLİKLƏRİ
İş təcrübəsi
Tövsiyyə edə bilən şəxslər