Media

1 / 1

Azərbaycanın şanlı Ordusu bir aydan çoxdur ki, Qarabağda tarix yazır. Müzəffər ordumuz durmadan irəliləyərək işğal altındakı torpaqlarımızı azad edir. Belə bir zamanda ön cəbhədə vuruşan igidlərimizlə yanaşı arxaa cəbhədə də dəstək addımları atılmaqdadır.

Avrora Qrup hərbi xidmətə yollanan, vətənimiz üçün qəhrəmanlıq göstərən əməkdalarının ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Bundan başqa şirkət hər bir ailəyə ərzaq yardımı edib.

Məlumat üçün bildirək ki, Avrora ailəsinin 100-ə qədər əməkdaşı cəbhə bölgəsində qəhrəmanlıq göstərir. Hər bir bölmə və şöbə rəhbəri mütəmadi olaraq cəbhədə olan əməkdaşlarımızla telefonla danışır şirkətimizin dəstəyini bildirir.

Hər zaman Azərbaycan dövlətinin, xalqının və ordusunun yanında olan Avrora Qrup bu istiqamətdə lazım olan bütün addımları atmağa davam edəcək. Qarabağ Azərbaycanındır!

#KarabakhisAzerbaijan #AvroraGroup #Azərbaycanordusu #Avrora #Qarabağ