Karyera

Vakansiyalar

İR Əməliyyatları üzrə Bölməsinin rəhbəri

  • Tarix:

    18-03-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir işçinin şəxsi işinin aparılmasına, işçiyə aid bütün sənədlərin işçinin şəxsi işinə əlavə edilməsinə nəzarət edilməsi;
  • İşçilərin illik məzuniyyətlərinin planlanmasının hazırlanması, növbəlilik cədvəllərinin və əvəzetmə planlarının tərtib edilməsi və onların icrasının təqib edilməsi;
  • Sənədləşmə prosesi ilə bağlı məsələlərin koordinasiya edilməsi;
  • İşçilərlə əlaqədar əmrlərin hazırlanıb imzalanması və icraçılara düzgün çatdırılması işinin təşkil edilməsi;
  • İşçilər ilə bağlı yaranmış nizam-intizam məsələlərində prosesin idarə edilməsi;
  • Dövlət idarəetmə orqanlarına, eyni zamanda şirkətin rəhbərliyinə və digər təşkilatlara təqdim ediləcək kadrlarla bağlı hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.

Tələb olunan bilik və bacarıqlar :

  • Yüksək səviyyədə AR Əmək məcəlləsi bilikləri;
  • Analitik düşüncə və problem həll etmək bacarığı;
  • Yaxşı səviyyədə MS Excel biliyi,
  • İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  • İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı.    
  • ƏMAS Hökümət portalını mükəmməl bilməli

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən az 3-5 il iş təcrübəsi;

İş şərtlərimiz:

  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “İR Əməliyyatlar üzrə Bölmə Rəhbəri” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Auditor

  • Tarix:

    22-04-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Təsdiq olunmuş normativlər əsnasında seçilmiş ticarət nöqtələrində satış üzrə nümayəndə, reklamçı və satış üzrə bölmə rəhbərlərinin aylıq fəaliyyətinin dəyərləndirilməsi üçün rəflərin yoxlanılması və nəticələrin müvafiq cədvəldə qeyd edilməsi;
  • Seçilmiş ticarət nöqtələrində strateji məhsulların ticarət nöqtələri üzrə təsdiq olunmuş mövcudluq normativlərinin yoxlanılması və raporlanması;
  • Fəaliyyət göstərilən ərazidə ticarət nöqtələri ilə debitor borcların yoxlanışının həyata keçirilməsi, uçot məlumatlarına əsasən qarşılıqlı üzləşmə sənədlərinin imzalanması;
  • İşdən çıxan satış nümayəndələri üzrə təhvil alınan ərazinin borc qalıqlarının və inventarlar üzrə yoxlamasının aparılması və yeni satış nümayəndəsinə təhvil verilməsində iştirak edilməsi, kənarlaşmaların müəyyən edilməsi, maddi məsul şəxslərdən izahatların və dəymiş zərər aktlarının alınmasında iştirak edilməsi;
  • Risk dəyərləndirməsi əsnasında seçilmiş ticarət nöqtələrində yoxlamaların həyata keçirilməsi, kənarlaşmaların araşdırılıb aradan qaldırılmasının təqib edilməsi və aparılan yoxlamanın nəticələrinin rəhbərliyə təqdim edilməsi;
  • Mütəmadi olaraq satış nümayəndələrinin ərazidə olan borc və inventar qalıqlarının sayımının həyata keçirilməsi;
  • İsti satış sistemi ilə çalışan satış heyəti əməkdaşlarının anbar qalıqlarının yoxlamasında iştirak edilməsi;
  • Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsinin dəyərləndirilməsi və müqavilə şərtlərinin yerinə yetirilməsi nəticələrinin rəhbərliyə təqdim edilməsi;
  • Mərkəzi və region anbarlarının eləcədə region xəzinə qalıqlarının illik və aylıq sayımının həyata keçirilməsində iştirak edilməsi.

Tələb olunan bilik və bacarıqlar :

  • Yaxşı səviyyədə Excel bilikləri;
  • Problemləri həll etmə bacarığı;
  • Detallara diqqətlilik;
  • Komanda ilə işləmək bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Maliyyə, );
  • İş təcrübəsi: Satış auditi sahəsi üzrə minimum 2 il iş təcrübəsi;

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Aşıq Molla Cümə 46 C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Auditor” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Master Data üzrə Mütəxəssis

  • Tarix:

    23-04-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Master data prosesi ilə bağlı sənədləşmənin və prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak edir;
  • Master datanın idarə olunması siyasət və prosedurlarını tətbiq edir;
  • Yeni məhsul, müştəri, təchizatçı və digər əsas obyektlərin düzgün qeydiyyat və təsnifatını təmin edir;
  • Məlumat keyfiyyətinə (data quality) nəzarət edir və yanlış məlumatları müəyyənləşdirir;
  • ERP sistemlərində (SAP, Logo və s.) data inteqrasiya və təmizlənmə proseslərində iştirak edir;
  • Master Data Proseslərində əlaqəli qurumların işçilərinin koordinasiyasını edir.

Tələb olunan bilik və bacarıqlar:

  • MS Office (Excel yüksək səviyyədə, Power Point proqramında işləmə bacarığı);
  • SAP proqramı üzrə biliklər üstünlükdür.
  • Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  • Diqqətli və ünsiyətcil olmaq;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil (İnformasiya Texnologiyaları, Komputer Elmləri, Biznesin idarə edilməsi və s.)
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis dil biliyi arzuolunandır.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Aşıq Molla Cümə, 46C.
  • İş saatı: 09:00-18:00

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Master Data üzrə Mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Keyfiyyətə nəzarət mühəndisi (Elektrik)

  • Tarix:

    08-05-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Elektrik işlərinin layihə, texniki spesifikasiya və müvafiq standartlara uyğunluğuna nəzarət edilməsi;
  • Quraşdırma və istismara vermə mərhələlərində yoxlama və sınaqları təşkil edilməsi və sənədləşdirilməsi;
  • Gündəlik keyfiyyət nəzarəti planlarını həyata keçirilməsi və yoxlama aktlarını (IR), material təsdiq formlarının (MAR) hazırlanması;
  • Kabel döşəmə, tray-ların quraşdırılması, torpaqlama və qoruyucu sistemlərin düzgün icrasına nəzarət edilməsi;
  • Elektrik avadanlıqların (panel, transformator, MDB, DB, UPS və s.) quraşdırılmasına dair texniki nəzarətin aparılması;
  • Uyğunsuzluqların (NCR) aşkarlanması, qeydiyyata alınması və düzəldici/preventiv tədbirlərin təqib edilməsi;
  • Podratçıların hazırladığı İPC lərin elektrik hissəsinin yoxlanması;
  • BoQ üzrə görülmüş işlərin həcmlərinin və materialların uyğunluğunun yoxlanması;
  • Ümumi iş gedişatının qrafikə uyğunluğunun nəzarətdə saxlanılması;
  • Ehtiyac yarandıqda elektrik işlər ilə bağlı shopdrawing’lərin hazırlanmasına dəstək olunması;
  • Ehtiyac yarandıqda layihəçi və sahə arasında koordinasiyanın təşkil edilməsi;
  • Yekun testlər və istismara vermə sənədlərinin hazırlanmasında iştirak edilməsi;
  • Layihə rəhbərinə mütəmadi hesabatın təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar :

  • AutoCAD, MS Office, ETAP( üstünlükdür) proqramları üzrə biliklər  ;
  • Elektrik sistemlərinin quraşdırma standartları üzrə biliklərə sahib olmaq(NEC, IEC, BS, ISO və s.).
  • Aşağı gərginlikli sistemlər, torpaqlama, işıqlandırma, enerji təchizatı, generator və UPS sistemləri üzrə texniki biliklərə sahib olmaq;
  • Elektrik sınaqları: izolyasiya müqaviməti, dövrə davamlılığı, torpaqlama müqaviməti, termoqrafiya və s. üzrə təcrübə;
  • Keyfiyyətə dair sənədlərin və texniki hesabatların düzgün və səliqəli tərtibi;
  • Əməliyyatda texniki problemlərin aşkarlanması və həlli bacarığı;
  • Elektrik təhlükəsizliyi qaydaları və tətbiqi prosedurlar üzrə biliklərə sahib olmaq;
  • Sahə quraşdırma işlərinin təşkilində podratçı ilə birgə çalışma bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali; (Elektrik mühəndisliyi, Energetika və ya əlaqəli sahə üzrə)
  • İş təcrübəsi: Minimum 5 il elektrik üzrə sahə və ya QA/QC mühəndisi kimi iş təcrübəsi (əlavə olaraq maintenance təcrübəsi olması üstünlükdür.)

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli)

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət mühəndisi (Elektrik)” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

QA QC Metal konstruksiya mühəndisi

  • Tarix:

    08-05-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Metal konstruksiya işlərinin layihə, texniki şərtlər və standartlara uyğun icrasına nəzarət edilməsi.
  • Qaynaq işlərinin WPS, PQR və WQTR sənədlərinə əsasən yerinə yetirilməsinə nəzarət edilməsi.
  • Fit-up, qaynaq, taşlama, boyama və montaj mərhələlərində vizual və texniki yoxlamaların aparılması.
  • NDT (RT, MT, PT, UT) proseslərinə nəzarət və nəticələrin sənədləşdirilməsi.
  • Uyğunsuzluqların (NCR) müəyyən edilməsi, izlənməsi və düzəldici tədbirlərin koordinasiya edilməsi.
  • Keyfiyyət sənədlərinin (ITP, RFI, Checklist, Test Reports və s.) hazırlanması və arxivləşdirilməsi.
  • İcraata başlamazdan əvvəl material və avadanlıqların sertifikatlarının yoxlanılması.
  • Sahədə görülən işlərin vaxtında və texniki tələblərə uyğun şəkildə aparılmasına dəstək göstərilməsi.
  • Müştəri nümayəndələri və 3-cü tərəf inspektorlarla yoxlama və test proseslərində iştirak edilməsi.
  • BoQ üzrə görülmüş işlərin həcmlərinin və materialların uyğunluğunun yoxlanılması.
  • Sahədə görülən işlərin layihə tələblərinə uyğun, vaxtında və keyfiyyət standartlarına uyğun şəkildə təşkil edilməsi və icrasına nəzarət edilməsi.
  • Podratçıların hazırladığı İPC lərin Metal konsytruksiya hissəsinin yoxlanması.
  • Ehtiyac yarandıqda metal konstruksiya işlər ilə bağlı shopdrawing’lərin hazırlanmasına dəstək göstərilməsi.
  • Ehtiyac yarandıqda layihəçi və sahə arasında koordinasiyanı təşkil etmək.
  • Layihə rəhbərinə mütəmadi hesabatın verilməsi.

Tələb olunan bilik və bacarıqlar :

  • AutoCAD.
  • Tekla Structures.
  • MS Office.
  • Qaynaq növləri (SMAW, MIG/MAG, TIG) və onların tətbiqi sahələri.
  • WPS, PQR, WQTR sənədlərinin oxunması və tətbiqi.
  • ISO 5817, ISO 9606, ASME Sec IX kimi qaynaq standartlarına bələdlik.
  • NDT metodlarının təməl anlayışı və tətbiqinə nəzarət (vizual + NDT).
  • Metal konstruksiya montajı, düzülmə və hizalanma prinsipləri.
  • Boya və səth hazırlığı proseslərini izləmək və nəzarət etmək.
  • Keyfiyyət planlarının hazırlanması (QCP, ITP, Checklist və s.).

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • İnşaat mühəndisliyi, Mexanika və ya oxşar ixtisaslarda ali təhsil.
  • Minimum 5 il metal konstruksiya işlərində təcrübə.
  • CSWIP 3.1, AWS CWI, ISO 9712 Level II (NDT) (üstünlükdür)
  • Painting Inspector (NACE/BGAS) (üstünlükdür)
  • Əlavə dil bilikləri: İngilis dili

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli)

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “QA QC Metal konstruksiya mühəndisi” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Aparıcı auditor

  • Tarix:

    12-05-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsi;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
  • Audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinə dəstək göstərilməsi və nəzarət edilməsi;
  • Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
  • Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak edilməsi;
  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının hazırlanmasında iştirak edilməsi;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin verilməsi və təqdim olunan tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
  • İştirak etdiyi audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak edilməsi;
  • Daxili Audit Departamentinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.
  • Rəhbərliyin tapşırıqlarını və xüsusi audit sorğularını yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür;
  • Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları.
  • Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
  • Problem həlletmə bacarığı;
  • Səlist və aydın danışıq qabiliyyətinin olması;
  • Diqqətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə;
  • Audit sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı;

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı auditor” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ticari Marketinq üzrə Menecer

  • Tarix:

    23-06-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:         

  • Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlanması və reallaşdırılması;
  • Portfelində mövcud olan məhsullar üzrə aylıq satış planlarını təqib edir, proseslərə uyğun qərarlar alıb, icrasının təmin edilməsi;
  • Əməkdaşların mütəmadi olaraq ticarət nöqtələrini ziyarət edərək məhsulların/brendlərin təyin edilmiş şirkət standartları və müqavilə şərtləri, planoqramlar əsasında düzülüşünün yoxlanılması ilə bağlı hesabatların təhlil edilməsi;
  • Dövri olaraq qiymət indeksinin analiz nəticələrinə uyğun tədbirlərin görülməsi;
  • Məhsul çeşidi əsasında və ötən ayın satış və geri qaytarma, anbar qalığı, büdcə sərfiyyatı nəticələrinin təhlil edilməsi;
  • Məhsul portfelinə uyğun qiymət strategiyalarının təhlil edilməsi və müvafiq hesabatlara uyğun planın hazırlanması;
  • Reklam materiallarının sifariş olunması və ərazidə düzgün yerləşdirilməsinə nəzarət edilməsi;
  • Portfelinə daxil olan məhsulların ticarət nöqtələrində tətbiq edilən şirkət standartlarında (checklist) hər hansı dəyişiklik nəzərdə tutulduqda satış komandasını müvafiq məlumatlarla tanış olunmasının təmin edilməsi;
  • Fəaliyyəti haqda mütəmadi olaraq üst rəhbərə hesabatların verilməsi.

Tələb olunan bilik və bacarıqlar :

  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Güclü analitik düşüncəyə malik olması;
  • MS Office (xüsusilə Excel və PowerPoint) proqramları yaxşı səviyyədə bilməsi;
  • Kollektivdə işləmə bacarığı;
  • Yaxşı ünsiyyət və təşkilati bacarıqlar.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznes istiqamətində);
  • Ticari Marketinq sahəsində min 2 illik təcrübə ( FMCG təcrübəsi üstünlükdür);
  • İngilis və Rus dili bilikləri üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Dinamik və yaradıcı komanda;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları;
  • Nahar şirkət tərəfindən təmin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Ticari Marketinq üzrə Menecer” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Keyfiyyətə nəzarət mühəndisi (Mexanik)

  • Tarix:

    15-07-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Mexaniki sistemlərin (HVAC, santexnika, yanğın söndürmə, təzyiqli boru sistemləri, kanalizasiya, drenaj sistemləri və s.) layihəyə və texniki spesifikasiyalara uyğun icrasına nəzarət edilməsi;
  • Gündəlik keyfiyyət yoxlamalarını həyata keçirmək və yoxlama aktları (IR), material təsdiq formalarının (MAR) hazırlanması;
  • Material və avadanlıqların qəbulunda texniki yoxlamaların aparılması;
  • Quraşdırma və istismara vermə mərhələsində funksional testlərin aparılmasını təmin edilməsi;
  • Uyğunsuzluqların (NCR) qeydiyyatı, hesabatların hazırlanması və düzəldici/preventiv tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Texniki sənədlərin və keyfiyyətə dair arxivlərin saxlanması;
  • BoQ üzrə görülmüş işlərin və materialların uyğunluğunun yoxlanması;
  • Podratçıların hazırladığı İPC lərin mexanik hissəsinin yoxlanması;
  • Sahədə görülən işlərin layihə tələblərinə uyğun, vaxtında və keyfiyyət standartlarına uyğun şəkildə təşkili və icrasına nəzarət edilməsi;
  • Ehtiyac yarandıqda mexanik işlər ilə bağlı shopdrawing’lərin hazırlanmasına dəstək olunması;
  • Ehtiyac yarandıqda layihəçi və sahə arasında koordinasiyanın təşkil edilməsi;
  • Layihə rəhbərinə mütəmadi hesabat verılməsi.

Tələb olunan bilik və bacarıqlar :

  • AutoCAD, MS Office, HAP, Duct Sizer, Pipe Sizer Revit MEP (üstünlükdür) proqramları üzrə biliklər;
  • HVAC, santexnika, yanğınsöndürmə və digər mexaniki sistemlər üzrə texniki biliklər;
  • Duct, boru və avadanlıq quraşdırılmasına dair normativlərə uyğunluğun yoxlanması bacarığı;
  • HVAC və digər MEP sistemləri üzrə beynəlxalq və yerli normativlərə bələdlik (ASHRAE, SMACNA, NFPA və s.);
  • Keyfiyyətə nəzarət prosedurlarında iştirak təcrübəsi və sənədlərlə işləmək bacarığı;
  • Layihə sənədlərinin və shop drawing-lərin düzgün təhlil edilməsi;
  • Mexaniki sistemlərin istismara verilmə prosesində iştirak və texniki hesabatların hazırlanması;
  • Sahə işlərinin izlənməsi;
  • Uyğunsuzluqların vaxtında aşkarlanması və texniki həllərin verilməsi;
  • ISO 9001 və digər keyfiyyət idarəetmə sistemləri üzrə məlumatlılıq;
  • Sahədə işləmək, komanda ilə koordinasiya və texniki detallara diqqət.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil (Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə)
  • İş təcrübəsi: Sahə və ya QA/QC mühəndisi kimi təcrübə, xüsusilə mexaniki sistemlərdə minimum 5 il təcrübə.
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində texniki yazışma və sənəd hazırlamaq bacarığı.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli)

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət mühəndisi (Mexanik)”” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Məhsul Meneceri

  • Tarix:

    15-07-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
  • Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması;
  • Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
  • Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
  • Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
  • Cari və növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik planlarını təhlil edilməsi;
  • Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
  • Brend üzrə qiymət siyasətini mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
  • Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.

Tələb olunan bilik və bacarıqlar :

  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Güclü analitik düşüncəyə malik olması;
  • Təqdimat proqramlarında işləmək bacarığı (PPT hazırlanması və s.);
  • MS Excel proqramı üzrə biliklər;
  • Kollektivdə işləmə bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (Marketinq ixtisası üzrə bakalavr dərəcəsi);
  • Məhsul Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul Meneceri (Biskvit Kateqoriyası üzrə)” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Data Analitika Mütəxəssisi

  • Tarix:

    22-07-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Müxtəlif şöbələrin ehtiyaclarına uyğun hesabatların hazırlanması;
  • Mövcud analitik sistemlərin təkmilləşdirilməsində komandaya dəstək verilməsi;
  • Verilən tapşırıqlara uyğun data sorğularının (SQL) yazılması;
  • Müxtəlif mənbələrdən (məs. Excel, SQL, və s.) məlumatların toplanması və təmizlənməsi;
  • Məlumatların analiz edilməsi və nəticələrin vizual formatda təqdim edilməsi (Power BI, Excel və s. vasitəsilə);
  • Rəhbərliyə aylıq, rüblük və illik data əsaslı hesabatların təqdim edilməsi;
  • Çox mürəkkəb DAX sorğularının yazılması;
  • SSAS (SQL Server Analysis Services) tabular modelləri ilə işlənilməsi və dəyişikliklərə nəzarət edilməsi;
  • SSIS (SQL Server Integration Services) paketlərinin izlənilməsinin test edilməsi və sadə ETL proseslərində iştirak edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Yüksək səviyyədə Excel bilikləri;
  • Microsoft Power BI proqramı ilə təcrübə (xüsusilə DAX dili)
  • SQL (MS SQL üstünlükdür) üzrə biliklər;
  • Logo Sistemini bilmək üstünlükdür;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Yüksək ünsiyyət bacarıqları.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsilli (Riyaziyyat, İqtisadiyyat, Maliyyə ixtisaslarında üstünlükdür)
  • İş təcrübəsi: Data analitika və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi, FMCG sektorunda təcrübə üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis dil biliyi arzuolunandır.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Aşıq Molla Cümə, 46C.
  • İş saatı: 09:00-18:00

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Data Analitika Mütəxəssisi” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Hüquqşünas

  • Tarix:

    31-07-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Şirkət daxili hüquqi sənədlərin tərtib edilməsi;
  • Şirkətin tərəf olduğu müqavilələr üzrə yaranmış mübahisəli halların aradan qaldırılması məqsədi ilə yazışmaların tərtib edilməsi;
  • Etibarnamələrin tərtib edilməsi;
  • Şirkətə vurulmuş zərərin ödənilməsi məqsədi ilə istənilən dövlət və qeyri-dövlət təşkilatları ilə danışıqların aparılması və lazımi hüquqi sənədlərin tərtib edilməsi;
  • İddia ərizələrinin, etirazların, sorğuların və digər prosessual sənədlərin tərtib edilməsi, məhkəmə qətnamə, qərar və qərardadlarından prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq şikayətlərin tərtib edilməsi və aidiyyatı məhkəməyə təqdim edilməsi;
  • Şirkətin bütün dövlət və qeyri-dövlət təşkilatlarında, hüquq mühafizə orqanlarında, məhkəmələrdə təmsil edilməsi;
  • Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərinin öyrənilməsi, mənimsənilməsi və onlara əməl edilməsi;
  • Müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərin artırılması.
  • Şirkətin tərəf olduğu məhkəmə qərarlarının icrası məqsədi ilə icra və probasiya şöbələrində şirkətin mənafelərinin müdafiə edilməsi;
  • İcra vərəqlərinin məcburi icra olunmasının tələb edilməsi, icra məmurunun hərəkət və hərəkətsizliklərindən, qərarlarından aidiyyatı üzrə şikayət verilməsi və həmin şikayətlərin təmin olunmasının tələb edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Microsoft proqramları üzrə biliklər (Word, Excel və s.)
  • Korporativ yazı qaydaları üzrə biliklər;
  • Komandada işləmə bacarığı;
  • Yüksək ünsiyyət bacarıqları.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsilli (Müvafiq sahə üzrə)
  • İş təcrübəsi: Sahə üzrə təcrübəsi min. 2 il (icra hüququ üzrə üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis və rus dili biliyi arzuolunandır.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Aşıq Molla Cümə, 46C.
  • İş saatı: 09:00-18:00

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Proqram Təminatı üzrə mütəxəssis

  • Tarix:

    05-08-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin və proseslərin optimallaşdırılmasının icra edilməsi;
  • Proqram təminatlarının işləməsinə nəzarət edilməsi və bağlantının fasiləsizliyinin təmin edilməsi;
  • Rəhbərin tapşırıqlarına əsasən proqram təminatı və proqram modullarının tərtibatının həyata keçirilməsi;
  • Biznes tələblərinin təhlil edilməsi və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
  • Proqramlaşdırma yazı qaydaları və forması təlimatında ehtiyac olan dəyişiklik təklifinin verilməsi və rəhbərinin təsdiqi ilə dəyişikliyin həyata keçirilməsi;
  • Hesabatların hazırlanması və təhlil edilməsi;
  • Proqramların kodlaşması, analiz edilməsi və qeydiyyatının aparılması işlərinin icra edilməsi;
  • Mövcud proqramlara dəstək verilməsi, ehtiyac yaranarsa, düzəlişlər edilməsi;
  • Proqram dəyişikliklərinin ilkin testlərinin edilməsi;
  • Proqramların texniki sənədlərinin hazır edilməsi və versiya dəyişikliklərinə uyğun olaraq sənədlərdə lazımi dəyişikliklərin edilməsi;
  • Proqramların optimal və performanslı işləməsinin təmin edilməsi;
  • Gün ərzində yönələn sorğuların icra edilməsi.

Tələb olunan bilik və bacarıqlar :

  • Güclü alqoritmik və məntiqi düşünmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı və açıq ünsiyyət;
  • Məsuliyyətli və təşəbbüskar yanaşma;
  • Özünü inkişaf etdirmək istəyi və yeni texnologiyalara maraq;
  • Kompleks sistemlərin inkişafı ilə bağlı müxtəlif layihələrdə iştirak;
  • RESTful API dizayn və implementasiyası üzrə praktiki təcrübə;
  • Asinxron sistemlər və mesajlaşma mexanizmləri ilə iş təcrübəsi – RabbitMQ;
  • MS SQL verilənlər bazası ilə iş bacarığı;
  • MyBatis ilə işləmə təcrübəsi;
  • Versiya nəzarət sistemləri ilə işləmə bacarığı;
  • Docker, Linux və digər müvafiq alətlər üzrə başlanğıc səviyyədə anlayış;
  • Kodun oxunaqlılığı, təmiz arxitektura və performans baxımından optimallaşdırma vərdişləri;
  • Microservices arxitekturası ilə təcrübə üstünlükdür;
  • Unit və integration test yazmaq təcrübəsi (JUnit, Mockito və s.) üstünlükdür;
  • Sistem dizaynı və arxitektura üzrə biliklər üstünlükdür;
  • Satış prosesləri ilə bağlı layihələrdə və ya komandada iş təcrübəsi üstünlükdür;
  • SAP ERP sisteminə dair ümumi anlayışı olan və SAP ilə inteqrasiya proseslərində iştirak etmiş namizədlər üstünlükdür.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təcrübə: 5 ildən artıq (Java və Spring Boot texnologiyaları üzrə);
  • Təhsil: Ali (Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları ixtisası üzrə).

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram Təminatı üzrə mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Satınalma üzrə Mütəxəssis

  • Tarix:

    08-08-2025

  • Şəhər:

    Bakı

  • Əmək haqqı:

Əsas vəzifə öhdəlikləri:

  • Tələb sorğularının icra edilməsi;
  • Sistemdə mövcud olan sifarişlərin təhlil edilməsi;
  • Satınalma proseduruna uyğun olaraq tender və kotirovka sorğularının keçirilməsinin təşkil edilməsi;
  • Bazarın təhlili, tələb olunan materialların bazarda araşdırılmasının icra edilməsi, qiymət müqayisə cədvəllərinin və satınalma sifariş sənədlərinin hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Şirkətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişçilərə və onların icra vəziyyətinə dair vahid baza üzrə sorğuların izlənilməsi;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət edilməsi, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət edilməsi;
  • Təchizatçıların analizi və digər proseslərin effektiv idarə olunmasının həyata keçirilməsi;
  • Zəruri hesabatların hazırlanaraq rəhbərinə təqdim edilməsi;
  • Təqdim olunmuş illik alış rəqəmləri əsasında təchizatçıların araşdırılması və tender üçün təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar :

  • Analitik düşünmə və problemi həll etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı və açıq ünsiyyət;
  • Məsuliyyətli və təşəbbüskar yanaşma;
  • Detallara diqqətlilik və dəqiqlik;
  • Çoxsaylı tapşırıqları eyni vaxtda yerinə yetirmək bacarığı;
  • İT satınalmaları üzrə təcrübə üstünlükdür;
  • İngilis dili və rus dili biliyi üstünlükdür.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təcrübə: 2 il (minimum);
  • Təhsil: Ali (Biznesin idarə edilməsi, İqtisadiyyat və s.). minimum bakalavr dərəcəsi.

İş şərtlərimiz:

  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə Mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CV Göndər

Şəxsi məlumatlar

Fayl seçilməyib

CV və ya digər sənədinizi əlavə edin
Mümkün fayl növləri: .doc.txt.pdf

Təhsil
Ali təhsil
KURSLAR
KOMPÜTER BİLİKLƏRİ
DİL BİLİKLƏRİ
İş təcrübəsi
Tövsiyyə edə bilən şəxslər