AVRORA KARYERA

Korporativ Satışlar üzrə Mütəxəssis

Şəhər
Bakı

Əsas vəzifə öhdəlikləri:

  • Mövcud müştərilərlə danışıqların aparılması;
  • Sifarişlərin toplanması və icra olunması;
  • Sifarişlərin müştərilərə çatdırılmasına nəzarət edilməsi;
  • Logistika və anbar əməkdaşları ilə kommunikasiya edilməsi və sifarişlərin çatdırılmasının izlənilməsi;
  • Müştərilərdən növbəti ay üçün planların toplanılması və bölmə rəhbərinə ötürülməsi;
  • Müştərilərdən ödənişlərin müqavilə üzrə icrasının tələb edilməsi;
  • Mütəmadi olaraq məhsullar üzrə bazar araşdırmasının aparılması;
  • Rəqib məhsulların rəf qiymətlərinin monitorinq edilməsi;
  • Bazarda təklif olunan yeni məhsullar, endirimlər, kampaniyalar haqqında hesabatın yığılması;
  • Gündəlik plan/fakt hesabatının hazırlanması;
  • Stok kontrolun icra edilməsi.

Tələb olunan bilik və bacarıqlar :

  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Analitik düşüncəyə malik olması;
  • Təqdimat proqramlarında işləmək bacarığı (PPT, Visio və s.);
  • Excel, Word, Outlook proqramı üzrə biliklər (orta səviyyədə);
  • Kollektivdə işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali
  • İş təcrübəsi: 2-4 il iş təcrübəsi (satış sahəsi üzrə);
  • Şəxsi avtomobilin olması arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili səlis.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Satışlar üzrə Mütəxəsiss” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.